Müsavat və AXCP “Zirvə görüşü”nə qatılmamalarının səbəblərini açıqlayıb
Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu deyib. O, Müsavat Partiyasının iyulun 9-da 6 siyasi təşkilat rəhbərinin iştirakı ilə keçirilən müzakirələrə qatılmamasına da aydınlıq gətirib: “Əvvəlcədən məlum olduğu kimi həmin gün İctimai Palata çərçivəsində tədbir keçirirdik. Birincisi, tədbirlər üst-üstə düşüb. Digər tərəfdən isə artıq müxalifətin bir araya gəldiyi qurum fəaliyyət göstərir. Bu, İctimai Palatadır. Müxalifətin birliyi istiqamətində ciddi addımların atıldığı, iqtidarla mübarizənin kəskinləşdiyi vaxtda belə bir addımın atılmasına nə ehtiyac var?” T. Yaqublu qeyd edib ki, həmin 6 partiyanın birgə fəaliyyəti iqtidarla mübarizəyə yönələcəksə, onda onlara uğurlar arzulamaq olar: “Müxalifətin digər qanadını ittiham etməyə başlayacaqlarsa, məlum olacaq ki, niyyətləri müxalifətin birliyinə yox, parçalanmasına yönəlib”.
AXCP-nin siyasi məsələlər üzrə müavin Fuad Qəhrəmanlı isə deyib ki, İctimai Palatada açıq qapı siyasəti həyata keçirilir. Bu baxımdan mövcud olan əməkdaşlıq mexanizmi var: “Əhəmiyyətlisi isə ondadır ki, İctimai Palata ictimai təşkilatları və müstəqil şəxsləri əhatə edir. Bu, indiyə qədər olanlardan fərqli birlik modelidir. Yeni bir formatın yaradılmasına da ehtiyac görmürük”. F. Qəhrəmanlı AXCP-nin həmin tədbirdə iştirakının məqsədəuyğun hesab olunmadığını da qeyd edib: “Həmin toplantıda iştirak edən partiyalara və şəxslərə də İctimai Palatanın qapıları açıqdır. Mövcud olan mexanizmi kənara atmaqla birliyə nail olmaq mümkün deyil”.
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu bildirib ki, müxalifətdə təmsil olunan 6 partiya rəhbərinin iştirakı ilə keçirilən “Zirvə toplantısı” bu düşərgədə birliyə nail olmaq üçün atılan mühüm addımlardan biridir. Onun sözlərinə görə, birgə fəaliyyət 6 partiyanın gələcəkdə bu istiqamətdə müzakirələri davam etdirməsi niyyətindən asılı olacaq: “Digər tərəfin qiymətləndirilməsi haqda isə məlumatlı deyiləm. 6 partiyanın birgə əməkdaşlıq istəyi kiməsə qarşı deyil. Niyyət protokolu da AXCP və Müsavat Partiyası iştirak etmədiyinə görə imzalanmadı. Bununla bir-birimizə şans yaradıldı”.
M. Mirəlioğlu deyib ki, müxalifət liderlərinin geniş tərkibli növbəti görüşündə iştirak etmək üçün tərəflər fərqli mövqe nümayiş etdirə biləcək: “Azərbaycanda heç kim deyə bilməz ki, müxalifəti təmsil edir. Onların İctimai Palata haqda şişirdilmiş formada dedikləri fikirlər məsələyə doğru yanaşma deyil”.
Qeyd edək ki, iyulun 9-da keçirilən “Zirvə görüşü”nə AMİP, VİP, ADP, ALP, KXCP və Ümid partiyaları qatılıb.
Daxili siyasət
Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb - YENİLƏNİB
Vyetnamın dövlət televiziyasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə dair material yayımlanıb
Milli Məclisin iclası başlayıb
Dekabrda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ
Xəbər Lenti
Tramp 2028-ci il seçkilərində varisini mümkün qədər gec açıqlamaq niyyətindədir
Lənkəranda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
SEPAH Hörmüz boğazında iki gəminin minaya düşməsi ilə bağlı məlumat yayıb
Zelenski Ukraynanın Liviyadakı əməliyyatının tərəfdaşlarla razılaşdırılmadığını etiraf edib
Suriyada hökumət qüvvələrinin mövqelərinə hücum edilib
Hakan Fidan: Məkkə İttifaqının əsas məqsədi sülhə və sabitliyə töhfə verməkdir
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə regionda gərginliyin azaldılmasına çağırıb
Almaniya Ukraynaya dəstək üçün 11,6 milyard avro ayıracaq
Ukrayna Qara dənizdə atəşkəs təklif edib, Rusiyadan cavab gözləyir
Ukrayna və Estoniya Azərbaycanla tərəfdaşlıq və əməkdaşlığı gücləndirmək niyyətini bəyan edib
ABŞ Oman körfəzində İran limanından çıxan yük gəmisini vurub
Ceyhun Bayramov: Estoniya səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir
İran Küveytdəki hücumu Ukraynanın təşkil etdiyini iddia edib
Gələn ay musiqi müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək
Ukrayna ordusu “İsgəndər” raketləri üçün yanacaq istehsal edən zavodu vurub
“Reuters”: Hakerlər ABŞ Hərbi Hava Qüvvələrinin bulud hesablama platformasına müdaxilə edib
Gürcüstan səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb - YENİLƏNİB
Ceyhun Bayramov Qətərin dövlət nazirini qəbul edib, siyasi məsləhətləşmələr keçirilib
Baş nazirin müavini Teymur Musayev minatəmizləmə əməliyyatları ilə tanış olub
Abşeronda narkotiklə əlaqəli 8 nəfər saxlanılıb
Moskvada Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının perspektivləri müzakirə olunub - FOTO
Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərinin məhkəməsi başlayıb
“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək - VİDEO
Azərbaycanla BMT arasında dayanıqlı inkişaf sahəsində əməkdaşlıq müzakirə edilib
Ekspert: İmtahan sualları ilə məktəb proqramı arasında tarazlıq yaradılmalıdır
Rəsmi İrəvan: Azərbaycan və Ermənistan sülhü institusionallaşdırmaq zərurətini qəbul edib
Yaqub Eyyubov Moskvada MDB İqtisadi Şurasının iclasında iştirak edib - FOTO
Gələn həftə Moskvada MDB hökumət başçılarının iclası keçiriləcək
Oman sahillərində neft tankeri minaya düşüb
“Gənc Hüquq Maarifçiləri” layihəsi yekunlaşıb
Baş katib Lebedev: Azərbaycan gələn il MDB-nin həmsədri, 2028-ci ildə isə sədri olacaq
Azərbaycan-Ermənistan “Sülh körpüsü” dialoqunun beşinci görüşü başa çatıb
Qızıldaşda külək elektrik stansiyasının tikintisi üçün torpaq sahəsi ayrılıb
Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb - YENİLƏNİB
Lənkəranda avtomobil azyaşlını vuraraq öldürüb, hadisə yerindən qaçan sürücü tutulub - FOTO
Prezident Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyib
Xocavənd, Ağdam, Xankəndi, Xocalı və Ağdərədə 15 yeni bağça istifadəyə verilib - FOTO
Moskvadan gələn sərnişinin baqajında bəyan edilməyən dərman vasitələri aşkarlanıb
Balakənin keçmiş icra başçısı İslam Rzayev və YAP rayon təşkilatının sabiq sədrinin məhkəməsi başlayıb
Avropa Komissiyası: Orta Dəhlizin potensialından səmərəli istifadə üçün əməkdaşlığın genişləndirilməsi vacibdir
Unibank məktəblilər üçün növbəti maliyyə savadlılığı təlimi keçirib
Dövlət Komitəsində “Açıq qapı” günü keçirilib
Kapital Bank “Mashreq Bank”la 105 milyon dollarlıq saziş imzalayıb
Vyetnamın dövlət televiziyasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə dair material yayımlanıb
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən Belarus vətəndaşı və daha iki nəfərin məhkəməsi başlayıb
ABB enerji sektorunu araşdırıb
Ekspert: Məktəb və qəbul imtahanlarının proqramları uzlaşdırılmalıdır
Yelo Bank və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO