Bank Of Baku

ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib

ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
# 11 iyul 2011 12:51 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda Qarabağ münaqişəsinin nizamlanmasına dair iyunun 24-də Rusiyanın vasitəçiliyi ilə Kazanda keçirilən danışıqların fiaskoya uğramasından sonra Rusiyanın cəhdlərini müzakirə edib. İdarə Heyəti Rusiyanın bu cəhdini son vaxtlar danışıqlar prosesinin ABŞ tərəfindən birtərəfli qaydada öz nəzarəti altına alınması istəyinə qarşı cavab kimi dəyərləndirib. Qurum bu təkliflərin ictimaiyyətdən gizli saxlanılmasını Azərbaycanın maraqlarına zidd hesab edib. İclasda qeyd olunub ki, Rusiyanın davranışları münaqişənin ədalətli həllində maraqlı olmadığını göstərir. Partiya Azərbaycan hakimiyyətini Rusiya prezidenti V. Medvedevin yeni təklifləri ilə bağlı xalqa məlumat verməyə çağırıb.

Toplantıda Dünya Azərbaycanlılarının III Qurultayına münasibət də açıqlanıb və hakimiyyətin maraqlarına xidmət edən qurultay kimi dəyərləndirilib.

ADP ötən həftə Azərbaycan-İran sərhədində silahlı insident zamanı bir Azərbaycan zabitinin qətlə yetirilməsi məsələsinə də toxunub. Toplantı iştirakçıları hökuməti bu silahlı insidentlə bağlı İran tərəfinə nota verməyə, bu hadisənin obyektiv şəkildə araşdırılması, qətlə yetirilən Azərbaycan zabitinin ailəsinə kompensasiya verilməsi istiqamətində tədbirlər görməyə çağırıb. O cümlədən bu silahlı insidentin Dünya Azərbaycanlılarının III Qurultayı ərəfəsində baş verməsini də təsadüfi sayılmayıb.

İclasda Azərbaycan təyyarəsinin Əfqanıstanda vurulması, yerlərdə vətəndaşların üzləşdiyi məmur özbaşınalıqları, partiyanın İmişli rayon təşkilatının sədri Məhbub Zülfüqarlının döyülməsi, Bakı ətrafı fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məsələlər də müzakirə olunub. Sonda cari məsələlərlə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR