Bank Of Baku

Müsavat Partiyasının 100 illik yubileyi münasibətilə “Azərbaycan istiqlalının bayraqdarı” kitabı çap olunub

Müsavat Partiyasının 100 illik yubileyi münasibətilə “Azərbaycan istiqlalının bayraqdarı” kitabı çap olunub
# 11 iyul 2011 13:31 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Müsavat Partiyasının 100 illik yubileyi münasibətilə “Azərbaycan istiqlalının bayraqdarı” adlı kitab işıq üzü görüb. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kitabda Müsavat Partiyasının Xalq Cümhuriyyəti dövründəki II qurultayının (dekabr 1919) mətbu hesabatları türk və rus dillərində dərc olunub.

Tədqiqatçı, professor Şirməmməd Hüseynov böyük zəhmət hesabına bu materialları toplayıb, ərəb əlifbasında olanları latın qrafikasına çevirib və kitaba ön söz yazıb.
Kitabda Müsavat Partiyasının Azərbaycanın təşəkkülündə rolu, Müsavat Partiyasının quruluşu və Müsavat Partiyasının yaranma tarixi haqqında məlumatlar da öz əksini tapıb.

Kitab Müsavat Partiyasının 100 illik yubileyinə hazırlıq üzrə Təşkilat Komitəsinin maliyyə dəstəyi ilə nəşr edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR