Bank Of Baku

KXCP İdarə Heyətinin növbəti iclası keçirilib

KXCP İdarə Heyətinin növbəti iclası keçirilib
# 11 iyul 2011 15:53 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda KXCP sədri Mirmahmud Mirəlioğlu qərarların icra vəziyyəti və ötən müddət ərzində partiyanın fəaliyyəti, gördüyü işlər, keçirilən görüşlər barədə İdarə Heyəti üzvlərini məlumatlandırıb. Toplantıda müxalifətin inteqrasiyası, ölkədə söz və mətbuat azadlığının mövcud vəziyyəti, sosial problemlər və digər məsələlər barədə geniş müzakirələr aparılıb. İclasda Azərbaycan Xalq Cəbhəsinin (AXC) 22 illiyinin qeyd olunması ilə bağlı iyulun 16-da keçmiş Əzizbəyov heykəlinin yanından Fəxri Xiyabana kimi yürüş keçirilməsi, Fəxri Xiyabanda Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin məzarının ziyarət olunması qərara alınıb. AXC-nin 22 illiyinin qeyd olunması ilə bağlı 5, Partiyanın İnkişaf Proqramının hazırlanması ilə əlaqədar isə 3 nəfərdən ibarət İşçi Qrup yaradılıb.
İclasda Dünya Azərbaycanlılarının 3-cü Qurultayının nəticələri də müzakirə olunub. İdarə Heyəti Qurultaya Güney Azərbaycan türklərinin dəvət olunmamasını pisləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR