Bank Of Baku

Prezident İlham Əliyev “2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın hazırlanması haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev “2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın hazırlanması haqqında sərəncam imzalayıb
# 11 iyul 2011 16:29 (UTC +04:00)
APA-nın məlumatına görə, “2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın hazırlanması ilə bağlı aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılıb:



Dövlət Komissiyasının sədri


Ramiz Mehdiyev


Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri  

Dövlət Komissiyasının üzvləri


Elçin Əfəndiyev


Azərbaycan Respublikası Baş nazirinin müavini 

Misir Mərdanov


Azərbaycan Respublikasının təhsil naziri 

Samir Şərifov


Azərbaycan Respublikasının maliyyə naziri 

Əli Abbasov


Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri 

Elman Rüstəmov


Azərbaycan Respublikası Mərkəzi Bankının sədri 

Məleykə Abbaszadə


Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri


Şahmar Mövsümov


Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru


Fatma Abdullazadə


Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri


İsmayıl Sadıqov


Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinin müdiri 



Dövlət Komissiyası “2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın layihəsini üç ay müddətində hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan prezidentinə təqdim edəcək.

Sərəncamdan irəli gələn məsələlərin həlli isə Nazirlər Kabinetinə tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR