Prezident İlham Əliyev: “Bu ilin altı ayında ölkə qarşısında duran bütün iqtisadi və sosial məsələlər uğurla həll olunub”
Onun fikrincə sevindirici hal ondan ibarətdir ki, Azərbaycanda qeyri-neft sektoru artıb. Artım 7,2 faiz təşkil edib. “Bu, əslində son illər ərzində apardığımız islahatların nəticəsidir. Çünki əsas məqsədimiz qeyri-neft sektorunun inkişafıdır, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin təmin edilməsidir. 7,2 faiz səviyyəsində artan qeyri-neft sektorunun göstəriciləri bizi çox sevindirir. Bu, onu göstərir ki, ölkə dinamik inkişaf edir. Azərbaycan iqtisadiyyatının enerji amilindən asılılığı azalır. Eyni zamanda, bizə ümid verir ki, növbəti aylarda və illərdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün əlavə də imkanlar yaradılacaq”, o deyib.
Prezident bildirib ki, kənd təsərrüfatında artım 6,2 faiz təşkil edib. Bu da yaxşı göstəricidir. Əhalinin pul gəlirləri 17 faiz artıb. İnflyasiya isə cəmi 8,8 faiz artıb. Bu da onu göstərir ki, insanların rifah halının yaxşılaşdırılması üçün yaxşı şərait yaradılıb.
Onun sözlərinə görə, ölkənin ümumi inkişafı 2011 ilin altı ayında çox uğurlu, dinamik olub. Bütün iqtisadi infrastruktur və sosial məsələlər öz həllini tapıb. İlin birinci yarısında büdcəyə düzəlişlər edilib. Bunun nəticəsində ilk dəfə olaraq, Azərbaycan büdcəsi - büdcə xərcləri 20 milyard dollara çatıb ki, bu da rekord göstəricidir. “Bu imkan verir ki, ilin axırına qədər vacib olan infrastruktur və sosial məsələlərin həlli üçün əlavə maddi imkanları ortaya qoyaq”, prezident deyib.
O geyd edib ki, ölkənin strateji valyuta ehtiyatları artır. İlin əvvəlindən Azərbaycanın ehtiyatları 9 milyard dollar artıb. Bunu çox gözəl göstərici kimi giymətləndirən prezident deyib: “Əldə edilən gəlirləri ölkə iqtisadiyyatının inkişafı üçün lazım olan sahələrə məqsədyönlü şəkildə xərcləyirik, eyni zamanda, ehtiyatları daha da artırırıq. Bütövlükdə, hazırda ölkəmizin strateji valyuta ehtiyatları 38 milyard dollar səviyyəsindədir. Bu, çox böyük rəqəmdir və əminəm ki, bu rəqəm ilin sonuna qədər artacaqdır. Bu, bizə imkan verir ki, ölkə iqtisadiyyatının inkişafını təmin edək, insanların sosial problemlərinin həlli üçün əlavə maliyyə resursları cəlb edək. Bir sözlə, ölkə iqtisadiyyatının hərtərəfli inkişafına nail olaq”.
İlham Əliyev bilrib ki, bu ilin birinci yarısında həmişəki kimi, sosial məsələlərin həlli də diqqət mərkəzində olub və bu istiqamətdə çox vacib addımlar atılıb. Bəzi kateqoriya üzrə - büdcədən maliyyələşən təşkilatlarda çalışan insanların əməkhaqları qaldırılıb. Ən böyük nailiyyət pensiyaların artımı ilə bağlıdır. Bir neçə gün bundan əvvəl qəbul edilən qərarlar nəticəsində iyulun 1-dən 2006-cı ilə qədər pensiyaya çıxmış pensiyaçıların orta pensiyası təxminən 40 faiz artıb. İndi dəqiqləşmə gedir, hesablamalar aparılır və bu, çox böyük artımdır. Prezident geyd edib ki, bəlkə də dünya miqyasında bu illər ərzində buna bənzər hadisə olmayıb. Çünki bəzi ölkələrdə - harada ki, maliyyə və iqtisadi böhran özünü büruzə verir, nəinki pensiyalar artırılır, əksinə azaldılır, maaşlar, sosial proqramlar kəsilir, büdcədən maliyyələşən təşkilatlarda işləyən insanların maaşları və sosial təminatı aşağı düşür.
Azərbaycanda isə 900 minə qədər pensiyaçının pensiyası 40 faiz artıb. Bu, bir daha onu göstərir ki, Azərbaycan iqtidarının siyasəti sosialyönümlüdür. “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bütün iqtisadi uğurlar bizə imkan verir ki, sosial sahədə daha da ciddi addımlar ataq. Mən əminəm ki, pensiyaçıların sosial təminatının yaxşılaşdırılması nəticəsində bir milyona qədər Azərbaycan vətəndaşı maddi vəziyyətini böyük dərəcədə yaxşılaşdıracaq.
Ünvanlı sosial yardım proqramı aparılır. Bu proqram hazırda 125 min ailəni əhatə edir. Hər ay orta hesabla hər bir ailəyə 104 manat kömək göstərilir. Bu da yoxsul təbəqəyə Azərbaycan dövləti tərəfindən göstərilən qayğıdır. Məqsədimiz ondan ibarətdir və bu məqsədi bir neçə il bundan əvvəl qarşıya qoymuşdum ki, Azərbaycanda yoxsulluq kimi sosial bəla aradan qaldırılsın. Son illərin təcrübəsi göstərir ki, biz bu məqsədə çatırıq. Son 7 il ərzində yoxsulluq şəraitində yaşayanların sayı 5 dəfə aşağı düşmüşdür. Mən ümid edirəm ki, bu ilin yekunlarına görə bu rəqəm yenə də aşağı düşəcək”, o deyib.
Dövlət başçısı bildirib ki, bunu etmək üçün kompleks tədbirlər görülür. Həm iqtisadi siyasət, siyasi sabitlik, sahibkarlığın, kənd təsərrüfatının inkişafı, kreditlərin, subsidiyaların verilməsi, texnikanın alınması və fermerlərə icarəyə verilməsi, gübrə və yanacağın güzəştli şərtlərlə fermerlərə verilməsi – bütün bu kompleks tədbirlər, üstəgəl ölkəmizdə aparılan böyük infrastruktur layihələrin icrası, elektrik xətlərinin, yolların, o cümlədən kənd yollarının çəkilişi, qazlaşdırmanın aparılması bu vəziyyətə gətirib çıxarıb.
“Bu məqsədlərə çatmaq üçün biz son illər ərzində çox gərgin işləmişik. Azərbaycanda bir neçə proqram icra edilir. Hər bir proqram konkret məna daşıyır. Heç bir proqram sadəcə olaraq, hansısa bir niyyət, şüar xarakteri daşımır. Hər bir proqramın təməlində icra mexanizmləri, maliyyə resursları və düşünülmüş iş cədvəli var”.
Prezident deyib ki, regionlarda, o cümlədən regional inkişaf proqramının icrası nəticəsində təkcə bu ilin altı ayında 38 min yeni iş yeri açılıb və bu proses davam edir. Son illər ərzində 1 milyona qədər yeni iş yeri açılıb.
Bu ilin birinci yarısında iki vacib proqram qəbul edilib. Onlardan biri “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Proqramıdır. Bu Proqram bu yaxınlarda qəbul edilib və konkret xarakter daşıyır. İlham Əliyev əmin oluduğunu bildirib ki, Proqramın icrası nəticəsində mühüm məsələlər öz həllini tapacaqdır.
“Gənclərlə görüşlərim zamanı onlar tərəfindən qaldırılan məsələlərin demək olar ki, hamısı o proqrama daxil edilib. Yerlərdən gələn təkliflər də təhlil edilir. Əminəm ki, proqramda nəzərdə tutulmuş bütün məsələlər 2015-ci ilə qədər həllini tapacaq və beləliklə gənclərin həm məşğulluğu, həm təhsillə bağlı olan problemlər, asudə vaxtlarının təşkili, gənclər üçün xüsusi fondun formalaşması və o fondun xətti ilə müxtəlif proqramların keçirilməsi təmin olunacaq. Proqram mətbuatda dərc edilib, bu barədə çox danışmağa dəyməz. Demək istəyirəm ki, bu proqramın çox böyük təsiri olacaqdır və biz tezliklə proqramın icrasına başlayacağıq”, prezident deyib.
İkinci vacib proqram Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı proqramı olduğunu deyən prezident geyd edib ki, bu proqram daha da qısamüddətlidir – 2011-2013-cü illəri əhatə edir. “Nəzərə alsaq ki, 2011-ci ilin yarısı artıq arxada qalıb, iki il ərzində Bakıda və bütün ətraf qəsəbələrdə çox böyük quruculuq, abadlıq işləri aparılacaqdır. Biz bu işlərə başlamışıq. İndi qəsəbələrdə yeni su xətləri çəkilir. Kanalizasiya xətlərinin çəkilişi üçün tədbirlər görülür, yollar salınır. O qəsəbələrin əksəriyyətində əksər yollar torpaq yolları idi, yararsız vəziyyətdə idi. Yağış, qar yağan kimi o yollardan keçmək mümkün deyildi. İndi hər bir qəsəbədə gözəl yollar çəkilir, yeni məktəblər, tibb məntəqələri, poliklinikalar, xəstəxanalar tikilir, mövcud olanlar təmir edilir. Yəni, qəsəbələrin bütün infrastrukturu 2013-cü ilə qədər yenilənməlidir. Bu, çox böyük hədəfdir, böyük proqramdır və iki il yarım ərzində bunu icra etmək çox çətindir. Mən bunu başa düşürəm, amma, eyni zamanda, hədəf qoyulub ki, bu işləri biz qısa müddət ərzində görək. Çünki hesab edirəm ki, əgər biz bütün imkanları səfərbər etsək, buna nail olmaq mümkün olacaqdır. Eyni zamanda, qəsəbələrdə yaşayan insanların məşğulluğu üçün konkret tədbirlər nəzərdə tutulub. O cümlədən Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə Bakıətrafı qəsəbələrə də kreditlərin verilməsi prosesi başlanmışdır. Növbəti illərdə, yəqin ki, biz bunu daha da böyük məbləğdə edəcəyik ki, orada kiçik emal müəssisələri, kiçik zavodlar, fabriklər yaradılsın və kənd təsərrüfatının inkişafı üçün lazımi layihələr icra edilsin”, prezident bildirib.
İlham Əliyev deyib ki, bu iki proqram 2011-ci ilin məhsuludur və bir də onu göstərir ki, hökümətin düşünülmüş siyasəti var, bu siyasət bütün sahələri əhatə edir.
Daxili siyasət
Xəbər Lenti
Husilər Səudiyyə Ərəbistanının Səna aeroportunu vurduğunu bildirib
Aİ Moldovaya hava hücumundan müdafiənin gücləndirilməsi üçün 120 mln. avro ayırıb
Bu il narkotiklə bağlı 2848 nəfər cinayət məsuliyyətinə cəlb edilib, 30-u xarici vətəndaşdır
Azərbaycanda 166 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb
Altı ayda narkotiklərlə bağlı 4434 cinayət faktı aşkarlanıb
Prezidentin sosial media hesablarında IV Şuşa Qlobal Media Forumundan ailə fotosu paylaşılıb
“TikTok” və “LinkedIn” nümayəndələri ilə Azərbaycanla əməkdaşlıq perspektivləri müzakirə edilib
Rusiyada Aİ-95 markalı benzinin qiyməti 24% artıb
Azərbaycanda peşə təhsili üzrə ixtisasların sayı 800-dən 250-yə endirilir
Oğuzda 28 yaşlı kişinin meyiti tapılıb
ABŞ İrana raket zərbəsi endirib, ölənlər və yaralananlar var
Rusiya səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb
İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azad edilmiş ərazilərdə daha 114 mina, 237 PHS aşkarlanıb
Ümumdünya Gömrük Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib
Slaven Biliç Xorvatiya milli komandasının baş məşqçisi təyin olunub
Aİ Ermənistanda yeni tərəfdaşlıq missiyasına başlayıb - YENİLƏNİB
Şahin Bağırov: ÜGT-nin formalaşdırdığı prinsiplər bir çox ölkədə tətbiq olunur
Aİ "VKontakte" və "Max"a sanksiyalar tətbiq edib
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Kreml: Xüsusi xidmət orqanları Ukrayna dronlarının Rusiya ərazisinə haradan gəldiyini görür
İan Sanders: Azərbaycan ÜGT-ə fəal dəstək göstərir
ÜGT-nin Baş katibi: DGK-nın modernləşmə istiqamətində fəaliyyəti məndə müsbət təəssürat yaratdı
Rusiya Odessada xarici ticarət gəmisinə zərbə endirib: 3 nəfər ölüb, 5 yaralı var
Uruqvaylı jurnalist: Azərbaycan Prezidentinin media ilə səmimi dialoqu mühüm əhəmiyyət daşıyır
Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində son iclasının tarixi açıqlanıb
Binəqədidə civə satmaq istəyənlər saxlanılıblar
Prezidentin Mətbuat Xidməti IV Şuşa Qlobal Media Forumu ilə bağlı videoçarx hazırlayıb
Aktotı Raimkulova: Şuşa Qlobal Media Forumu Türk dünyası üçün xüsusi əhəmiyyət daşıyır
Prezidentin yumşaq güc siyasəti Azərbaycanın nüfuzunun möhkəmlənməsinə xidmət edir - RƏY
Azərbaycan məktəbliləri Beynəlxalq Fizika Olimpiadasında son 20 ilin ən yüksək nəticəsini əldə edib
Kobaxidze: Rusiya suverenliyimizin 20, xanım Kallas isə 100 faizini tanımır
Mərakeş rəsmisi: Şuşa Qlobal Media Forumu sülh mədəniyyətinin təşviqinə töhfə verir
Binəqədidə ödəmə terminalından oğurluq edən 2 nəfər tutulub
MÜTDA: Məktəbəhazırlıq qruplarına qəbul prosesinin növbəti həftə aktivləşdirilməsi nəzərdə tutulur
Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq - SABAHIN HAVASI
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Ukrayna bir həftədə Rusiyanın "kölgə donanması"na məxsus 105 gəmini vurub
Pakistan XİN rəsmisi: Azərbaycan Prezidentinin regional təşəbbüsləri təqdirəlayiqdir
Rusiya səfiri Fransa Xarici İşlər Nazirliyinə çağırılacaq
Ağdam, Ağdərə və Xocavənddə əməyin mühafizəsinə dair 18 tədbir keçirilib
AMB: Bank kartını üçüncü şəxsə verənlər üçün hüquqi məsuliyyət nəzərdə tutulmalıdır
Bəqayi İslamabad memorandumunun bəndlərinin qüvvədən düşdüyünü bildirib
Kobaxidze: ATƏT Gürcüstanda hökumətin dəyişdirilməsi prosesinə cəlb olunub
Lavrov Tehrana səfər edəcək
Azərbaycan Prezidenti: Ancaq özümüzə və dövlətə güvənməliyik, birlik heç vaxt sarsılmamalıdır
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - VİDEO - FOTO
Dövlət başçısı: Afrika İttifaqına sədrlik edən ölkə BMT Təhlükəsizlik Şurasında təmsil olunmalıdır
Prezident: Qazaxıstanla fəal əməkdaşlıq olmadan Xəzər regionunda nəqliyyat layihəsi həyata keçirmək mümkün deyil
Prezident İlham Əliyev: Azərbaycanın potensial daxili riskləri yoxdur