Bank Of Baku

Güney Azərbaycan İstiqlal Partiyasının sədri Bakıda mətbuat konfransı keçirib

Güney Azərbaycan İstiqlal Partiyasının sədri Bakıda mətbuat konfransı keçirib
# 13 iyul 2011 10:30 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) sədri Saleh Yıldırım Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qərargahında mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, AMİP-in baş katibi Arzuxan Əlizadə bildirib ki, təmsil etdiyi partiya ilə GAİP arasında 2006-cı ildə əməkdaşlığa dair saziş imzalanıb. AMİP bu sazişə sadiq qalaraq Güney Azərbaycan problemini ölkəyə və beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə bir sıra tədbirlər keçirib.

Azərbaycana səfəri ilə bağlı məlumat verən Saleh Yıldırım isə Bakıda AMDP, Müsavat Partiyası və AMİP-lə keçirilən görüşlər barədə danışıb. O, AMİP-ə beynəlxalq arenada güney məsələsində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib və Yeni Azərbaycan Partiyasının rəhbərləri ilə görüş niyyətini açıqlayıb: “Azərbaycan Respublikasında iqtidar-müxalifət fərqi qoymadan dostlarımızla əməkdaşlıq etmək niyyətindəyik. Məqsədimiz Azərbaycanın bütövlüyüdür”.

Saleh Yıldırım Bakıya səfərinin Dünya Azərbaycanlılarının III qurultayına dəvət olunması ilə əlaqəli olduğunu söyləyib: “Bu, Azərbaycan dövlətinin güney məsələsinə münasibətinin göstəricisidir. Həmçinin İrandakı azərbaycançılıq hərəkatına mənəvi dəstəkdir. Təəssüf ki, qurultayda Güney Azərbaycandan olan nümayəndələrə çıxış etmək üçün söz verilmədi. Lakin biz Azərbaycan dövlətçiliyinə xidmət etmək üçün məsuliyyəti öz üzərimizə götürmüşük”.

S. Yıldırım Cənubi Azərbaycanda milli hərəkatın inkişaf etdiyini, yaxın gələcəkdə uğura nail olacağına ümidvar odluğunu da qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR