Bank Of Baku

Bakı Şəhər Prokurorluğu: İctimai Palatanın 2 aprel aksiyası ilə bağlı həbs olunan daha dörd nəfərin cinayət işi məhkəməyə göndərilib

Bakı Şəhər Prokurorluğu: İctimai Palatanın 2 aprel aksiyası ilə bağlı həbs olunan daha dörd nəfərin cinayət işi məhkəməyə göndərilib
# 14 iyul 2011 09:48 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında Bakı şəhər prokurorunun köməkçisi Ramiz Rzayev bildirib. Onun sözlərinə görə, istintaqı başa çatanlar Elnur Məcidli, Rüfət Hacıbəyli, Ülvü Quliyev və Əhəd Məmmədlidir. Adıçəkilən şəxslərin işinə Nəsimi Rayon Məhkəməsində baxılacaq.

2 aprel aksiyası ilə bağlı təqsirləndirilən digər 4 nəfər - Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və Fuad Qəhrəmanlının işi üzrə istintaq tədbirləri isə davam etdirilir.

Xatırladaq ki, aprelin 2-də baş vermiş hadisələrlə bağlı fakta görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Təqsirləndirilənlərdən 6 nəfər - Sahib Kərimov, Babək Həsənov, Zülfüqar Eyvazov, Elşən Həsənov, Arif Alışlı və Elnur İsrafilovun məhkəməsi isə iyulun 13-də başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR