Bank Of Baku

Parlamentin yaz sessiyasının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib

Parlamentin yaz sessiyasının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
# 14 iyul 2011 10:10 (UTC +04:00)
Parlamentin yaz sessiyasının isə 11 iclası keçirilib və 94 qanun və qərar qəbul olunub. APA-nın xəbərinə görə, bunu MM sədrinin müavini Bahar Muradova parlamentin yaz sessiyasının yekunlarına həs olunan mətbuat konfransında bildirib.

B. Muradova deyib ki, ötən dövrdə parlamentdə əsas diqqət insan haqları, sosial və iqtisadi sahələrə yönəldilib, beynəlxalq sazişlərin, bəyannamələrin təsdiq olunması da diqqət mərkəzində olub. MM sədrinin müavini ötən dövrdə parlamentlərarası dostluq qruplarının fəaliyyətinin aktiv olduğunu, bunun artıq öz nəticələrini göstərdiyini vurğulayıb. MM Aparatının da fəal işlədiyini qeyd edin B. Muradova 2011-ci il ərzində aparata 3007 təklif, ərizə və şikayət daxil olduğunu, 3054 nəfərin isə qəbul edildiyini deyib. Onun sözlərinə görə, ötən müddətdə 64 KİV akkreditasiya olunaraq parlamentin iclasını işıqlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR