Bank Of Baku

Bakı Şəhər Prokurorluğu Arif Hacılı, Tural Abbaslı və Məhəmməd Məcidlinin həbs müddətinin uzadılması barədə vəsatət qaldırıb

Bakı Şəhər Prokurorluğu Arif Hacılı, Tural Abbaslı və Məhəmməd Məcidlinin həbs müddətinin uzadılması barədə vəsatət qaldırıb
# 14 iyul 2011 11:41 (UTC +04:00)
Bu barədə APA-ya təqsirləndirilən şəxslərin vəkili Əsabəli Mustafayev məlumat verib. Vəkil qeyd edib ki, bu gün Bakı İstintaq Təcridxanasında Arif Hacılı ilə görüşüb. Görüşdə məqsəd Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidlinin həbs müddətinin uzadılması ilə bağlı prokurorluğun vəsatət qaldırması məsələsini müzakirə etmək olub. Ə. Mustafayevin sözlərinə görə, Bakı Şəhər Prokurorluğu istintaq başa çatmadığı üçün adıçəkilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı vəsatət qaldırıb. Prokurorluğun vəsatətinə Səbail Rayon Məhkəməsində baxılacaq.

Ə. Mustafayev həmçinin qeyd edib ki, A. Hacılı saxlanmadan heç bir şikayət etməyib: “Arif bəy ürək ağrısından və qan təzyiqindən əziyyət çəkir. Buna görə də həkim nəzarəti altındadır, müalicə olunur”.

Qeyd edək ki, yuxarıda adları çəkilən üç nəfərlə yanaşı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da bu iş üzrə ittiham olunur. Lakin onun barəsində seçilmiş həbs-qətimkan tədbiri sonradan başqa yerə getməmək tədbiri ilə əvəz olunub.

Xatırladaq ki, aprelin 2-də baş vermiş hadisələrlə bağlı fakta görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Təqsirləndirilənlərdən 10 nəfərinin cinayət işi yekunlaşaraq məhkəməyə göndərilib. Onlardan 6-nın məhkəməsi gedir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR