Bank Of Baku

Səfa Mirzəyev: “Mənəvi-əxlaqi məsələləri qanun və hüquqla tənzimləmək mümkün deyil”

Səfa Mirzəyev: “Mənəvi-əxlaqi məsələləri qanun və hüquqla tənzimləmək mümkün deyil”
# 14 iyul 2011 11:42 (UTC +04:00)
APA-nın məlumatına görə, Milli Məclisin 2011-ci il yaz sessiyasının yekunlarına dair keçirilən mətbuat konfransında bununla bağlı verilən sualı cavablandıran parlamentin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov “şou biznes toy-yas mərasimləri kimi bir şeydir. Onu qanuna salmaq olmur”, - deyib.

Mərasimlərin təşkilinin adət-ənənədən qaynaqlanan və heç bir qanunla tənzimlənməyən məsələ olduğunu əsas gətirən sədr müavini Bahar Muradova isə bəyan edib ki, bu məsələdə ictimai nəzarətin olması vacibdir: “Hesab edirəm ki, ictimaiyyət bu məsələyə nəzarət etsə daha yaxşıdır. Bəzi adamlar qanunun bir müddəasını yerinə yetirməkdən çox ictimai qınaqdan çəkinir. Biz başqasına irad tutduğumuza özümüz yol verməməliyik”.

Milli Məclisin aparat rəhbəri Səfa Mirzəyev isə məsələyə mənəvi və hüquqi prizmadan yanaşıb. S. Mirzəyevin sözlərinə görə, mənəvi-əxlaqi məsələləri qanun və hüquqla tənzimləmək mümkün deyil: “Çox vaxt hüquq bu məsələyə qarışanda əksinə, yeni problemlər yaranır. Amma çox təəssüf ki, əksər hallarda şou-biznesdə hüquqi çərçivələrə əməl olunmur. Bu baxımdan bu sahədə hüquqi tənzimləmə aparılmalıdır və biz bu məsələ üzərində düşünürük”.

S. Mirzəyev yas mərasimlərinin təşkilinə də toxunub: “Biri yas mərasimində pendir-çörək, biri isə böyük toy kimi məclis verir. Milli Məclisin deputatlarının çoxlarının yaxınları dünyasını dəyişəndə kütləvi insanlar yığmaq əvəzinə, hansısa uşaq evinə, qaçqın düşərgələrinə ehsanlar göndərilir. Bu yolla həmin ailə dünyasını dəyişmiş insan qarşısında borcunu bir növ həyata keçirmiş olur”.

Toy və yas mərasimlərində çoxəsrlik ənənəni əsas gətirən N. Cəfərov isə əlavə edib ki, bu məsələlərə müdaxilə edilməsi doğru deyil: “Kimin imkanı varsa 4 gün dörd gecə, kimin də imkanı varsa 40 gün 40 gecə toy edəcək. Toyda və yasda dəbdəbə məsələsinə, fərqliliyə mane olmaq lazım deyil. Bunun nöqsanlı cəhəti odur ki, bu dəbdəbə vəfat etmiş insanı normal xatırlamağa imkan vermir. Bəzən evlənən cavanları heç kim görmür, heç kimin yadına düşmür. Bunlar olacaq. Burada ictimai səviyyədə mane olmağa ehtiyac yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR