Bank Of Baku

“Təbriz” kinoteatrının rəhbərliyi AXCP-yə yubiley keçirmək üçün yer verməkdən imtina edib

“Təbriz” kinoteatrının rəhbərliyi AXCP-yə yubiley keçirmək üçün yer verməkdən imtina edib
# 14 iyul 2011 16:24 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Təbriz” kinoteatrının rəhbərliyi AXCP-yə tədbir keçirmək üçün yer ayırmaqdan imtina edib. Bu barədə APA-ya partiya sədrinin müavini Gözəl Bayramlı bildirib. Onun sözlərinə görə, tədbirin keçirilməsi ilə bağlı AXCP-yə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və kinoteatrın yerləşdiyi Nizami rayon İcra Hakimiyyəti tərəfindən icazə verilib: “Müqavilə də hazırlanmışdı. Lakin bu gün kinoteatrın rəhbərliyi, konkret olaraq Tofiq Şəfiyev bizə zalın şəraiti ilə tanış olmağa, orada müəyyən texniki işlər görməyə icazə vermədi. Kinoteatrdan dedilər ki, sizə tədbir keçirməyə yer vermirik. Bu, anormal haldır. İcazə vermirdilərsə, əvvəlcədən deyəydilər, biz də işimizi biləydik”.

G. Bayramlı AXCP-nin 22-ci ildönümünə həsr olunmuş tədbiri istənilən halda təxirə salmayacaqlarını bildirib: “Çalışıb danışıqları davam etdirəcəyik. Əgər icazə verməsələr, ən son hal kimi məcbur olub yəqin ki, tədbiri ADP-nin akt zalında keçirəcəyik. Ancaq indidən heç nə demək olmaz”.

APA-nn “Təbriz” kinoteatrının rəhbərliyinin mövqeyini öyrənmək cəhdi alınmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR