Bank Of Baku

Türkiyənin Azərbaycandakı səfiri 13 yaşlı qızın faciəli şəkildə ölümü ilə nəticələnən erməni təxribatını qeyri-insani hərəkət adlandırıb

Türkiyənin Azərbaycandakı səfiri 13 yaşlı qızın faciəli şəkildə ölümü ilə nəticələnən erməni təxribatını qeyri-insani hərəkət adlandırıb
# 15 iyul 2011 09:33 (UTC +04:00)
Səfirliyin mətbuat müşavirliyindən APA-ya verilənməlumata görə, səfir 13 yaşlı Aygün Şahmalıyevanın çaya atılan, içinə partlayıcı qurğu quraşdırılmış oyuncağın partlaması nəticəsində ölümündən böyük kədər hissi keçirdiyini bildirib, bu qeyri-insani davranışı hiddətlə qınayıb.

“Aygün qızımızın kədərli ailəsinə başsağlığı verir və səbr diləyirəm. Allah rəhmət eləsin”. - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, partlayıcı qurğu quraşdırılmış “itəbənzər” uşaq oyuncağı Ermənistan tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb. Həmin ərazidə oynayan 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq evə gətirib. Evdə oynayan zaman A. Şahmalıyeva oyuncağı masanın üstünə vurub, nəticədə partlayış baş verib.

Partlayış nəticəsində A. Şahmalıyeva həlak olub, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə bədəninin bud nahiyəsindən xəsarət alaraq yaralanıb.

Faktla bağlı Tovuz rayon prokurorluğu araşdırma aparır.

Xatırladaq ki, 1994-cü ildə həmin ərazidə analoji hadisə baş verib. Belə ki, Ermənistan tərəfindən çaya buraxılan oyuncağı götürərkən partlayış baş verməsi nəticəsində iki azyaşlı uşaq həlak olub biri isə yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR