Bank Of Baku

YAP-ın sədr müavini Avropa Parlamentinin nümayəndə heyətini qəbul edib

YAP-ın sədr müavini Avropa Parlamentinin nümayəndə heyətini qəbul edib
# 15 iyul 2011 12:11 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov Avropa Parlamentinin nümayəndə heyətini qəbul edib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Avropa Parlamentinin Portuqaliyadan olan deputatı Ferreira Fernandes Xose Manuel Azərbaycanı modern və tolerant bir ölkə kimi tanıdıqlarını deyib. O, Azərbaycanın geopolitik və strateji baxımdan Avropa İttifaqı üçün çox vacib ölkə olduğunu bildirib. Portuqaliyalı deputat Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinin tərəfdarı olduqlarını nəzərə çatdırıb.

Ə. Əhmədov isə Azərbaycan cəmiyyəti üçün həlli vacib məsələlərdən ən önəmlisinin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli olduğunu söyləyərək Azərbaycan xalqının bu məsələdə beynəlxalq ictimaiyyətdən və təşkilatlardan ədalətli mövqe gözlədiyini vurğulayıb.

Görüşdə həmçinin YAP-la Avropa Xalq Partiyası arasında mövcud əlaqələrin daha da genişləndirilməsi və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR