Bank Of Baku

AXCP Rəyasət Heyətinin fövqəladə toplantısı keçirilib

AXCP Rəyasət Heyətinin fövqəladə toplantısı keçirilib
# 15 iyul 2011 12:49 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün AXCP Rəyasət Heyətinin (RH) fövqəladə toplantısı keçirilib. Partiya sədrinin müavini Fuad Qəhrəmanlının APA-ya verdiyi məlumata görə, RH-nin toplanmasına səbəb “Təbriz” kinoteatrı rəhbərliyinin AXCP-yə AXC-nin yaranmasının 22 illiyi ilə bağlı tədbiri keçirməsinə icazə verməməsi olub: “Toplantıda bunun siyasi sifariş olduğu qənaətinə gəlindi”.

RH qərara alıb ki, tədbir əvvəlcədən ehtiyat variant kimi düşünülmüş ADP-nin qərargahında keçirilsin. Beləliklə, AXCP-nin tədbiri iyulun 16-sı saat 11.00-dan 13.00-dək ADP-nin qərargahında keçiriləcək. F. Qəhrəmanlı tədbir başlanan saatadək “Təbriz” kinoteatrının rəhbərliyi ilə də danışıq aparılacağını, əgər razılıq verilərsə tədbiri daha geniş zalı olan kinoteatrda keçirəcəklərini bildirib.

Qeyd edək ki, tədbirə siyasi partiyaların rəhbərləri, diplomatik korpusların nümayəndələri və vətəndaş institutunun təmsilçiləri dəvət edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR