Bank Of Baku

Tural Abbaslı və Məhəmməd Məсidlinin də həbs müddəti uzadılıb

Tural Abbaslı və Məhəmməd Məсidlinin də həbs müddəti uzadılıb
# 15 iyul 2011 13:09 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Səbail Rayon Məhkəməsində İctimai Palatanın (İP) bu il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə bağlı başlanmış cinayət işi üzrə təqsirləndiriləndən Tural Abbaslı və Məhəmməd Məсidli barəsində seçilmiş həbs-qətimkan tədbiri daha iki ay uzadılıb. Bu barədə APA-ya İP-in katibi Gülağa Aslanlı məlumat verib. O bildirib ki, hər iki şəxsin həbs müddəti Bakı Şəhər Prokurorluğunun qaldırdığı vəsatətə əsasən uzadılıb.

Bundan əvvəl isə İP üzvü, Müsavat Partiyası başqanının müavini Arif Hacılının həbs müddəti uzadılmışdı.

Müsavat Partiyası Səbail rayon məhkəməsində İctimai Palatanın 2 aprel mitinqi zamanı həbs edilmiş Arif Hacılının, Tural Abbaslının və Məhəmməd Məcidlinin həbs müddətinin oktyabrın 2-dək uzadılmasına etiraz olaraq bəyanat yayıb. Bəyanatda onların günahsız olduğu deyilib və dərhal azadlığa buraxılması tələb olunub.

Xatırladaq ki, Bakı Şəhər Prokurorluğu istintaq başa çatmadığı üçün adıçəkilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı vəsatət qaldırıb.

Yuxarıda adları çəkilən üç nəfərlə yanaşı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da bu iş üzrə ittiham olunur. Lakin onun barəsində seçilmiş həbs-qətimkan tədbiri sonradan başqa yerə getməmək tədbiri ilə əvəz olunub.

Qeyd edək ki, aprelin 2-də baş vermiş hadisələrlə bağlı Bakı Şəhər Prokurorluğu tərəfindən fakta görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Təqsirləndirilənlərdən 10 nəfərinin cinayət işi yekunlaşaraq məhkəməyə göndərilib. Onlardan 6 nəfərinin məhkəməsi gedir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR