Bank Of Baku

Bəxtiyar Hacıyev Gəncədən Bakıya gətirilib

Bəxtiyar Hacıyev Gəncədən Bakıya gətirilib
# 15 iyul 2011 13:34 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Gəncə şəhərində həbs edilmiş keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyev Bakıya gətirilib. Onun vəkili Elçin Namazovun APA-ya verdiyi məlumata görə, B. Hacıyevi paytaxtın Şüvəlan qəsəbəsində yerləşən 3 saylı İstintaq Təcridxanasına gətirməkdə məqsəd buradakı cəzaçəkmə müəssisələrindən birinə göndərməkdir. Vəkil B. Hacıyevin hansı cəzaçəkmə müəssisəsinə gedəcəyinin iyulun 19-da məlum olacağını bildirib.

E. Namazov B. Hacıyevin vəsatətlərindən birinin təmin olunduğu xəbərini də verib. Belə ki, B. Hacıyev nəzarət qaydasında şikayətinə məhkəmədə baxılarkən özünün də iştirak etməsi barədə vəsatət qaldırıb. Məhz həmin vəsatət təmin edilib. Məhkəmə iyulun 18-də keçiriləcək.

Qeyd edək ki, Bəxtiyar Hacıyev bu il martın 4-də Gəncə şəhərində həbs edilib. Mayın 18-də Gəncə şəhər Nizami rayon Məhkəməsi hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma maddəsi ilə irəli sürülmüş ittiham üzrə B. Hacıyev haqqında 2 illik həbs qərarı çıxarıb. Gəncə Apellyasiya Məhkəməsi Bəxtiyar Hacıyevin cinayət işi üzrə birinci instansiya məhkəməsinin hökmündən verilən apellyasiya şikayətini təmin etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR