Bank Of Baku

AXC-nin yubiley tədbirində Sərdar Cəlaloğlu ilə Pənah Hüseyn arasında qalmaqal yaranıb

AXC-nin yubiley tədbirində Sərdar Cəlaloğlu ilə Pənah Hüseyn arasında qalmaqal yaranıb
# 16 iyul 2011 09:32 (UTC +04:00)
APA-nın xəbərinə görə, ADP sədri Sərdar Cəlaloğlunun çıxışı zamanı tədbirdə mübahisə yaranıb.

AXC-nin yaranması münasibətilə cəbhəçiləri təbrik edən S.Cəlaloğlu AXC-nin yaranma tarixi barədə danışıb. Onun sözlərinə görə, Xalq Cəbhəsi ilk dəfə Naxçıvanda yaradılıb və bu il AXC-nin 22 yox, 23 yaşı olur.

Bu fikirlər zalda olan cəbhəçilər və sabiq baş nazir Pənah Hüseyn tərəfindən narazılıqla qarşılanıb. P.Hüseyn yanındakı çantanı göstərərək AXC-nin yaranma sənədlərinin burda olduğunu deyib. S.Cəlaloğlu buna cavab olaraq “Pənah bəy çantasında AXC-nin yox, özünün tarixini gəzdirir” söyləyib. Onun “Əbülfəz Elçibəy Heydər Əliyevi müdafiə edib” fikri də tədbir iştirakçıları tərəfindən narazılıqla qarşılanıb.

P.Hüseyn isə çıxışında çantasından çıxardığı sənədləri - AXC-nin təsis konfransının protokollarını göstərib və S.Cəlaloğlunun yalan danışdığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR