Bank Of Baku

Əli Əhmədov: ““Siyasi partiyalar haqqında” qanun layihəsi Yeni Azərbaycan Partiyası tərəfindən hazırlanmayıb”

Əli Əhmədov: ““Siyasi partiyalar haqqında” qanun layihəsi Yeni Azərbaycan Partiyası tərəfindən hazırlanmayıb”
# 18 iyul 2011 10:27 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Milli Məclisə təqdim edilmiş “Siyasi partiyalar haqqında” qanun layihəsi Yeni Azərbaycan Partiyası tərəfindən hazırlanmayıb”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında partiya sədrinin müavini, icra katibi Əli Əhmədov deyib. O bildirib ki, dünyada partiyaların dövlət büdcəsindən maliyyələşməsi ilə bağlı müxtəlif formalar var: “Ancaq ən çox yayılmış üsul və forma, həm də reallığı əks etdirməyə əsas yaradan partiyaların parlamentdə təmsil olunması əsasında maliyyələşmə imkanı qazanmasıdır”.

Ə. Əhmədov deyib ki, partiyaların dövlət büdcəsindən maliyyələşməsinə həmin partiyaların dövlət tərəfindən saxlanılması kimi yanlış baxış ortaya qoyulmamalıdır: “Bu, sadəcə olaraq, dövlət tərəfindən partiyaların müəyyən qədər dəstəklənməsi kimi qəbul edilməlidir”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR