Bank Of Baku

YAP sədrinin müavini: “Minsk qrupunun həmsədrləri, beynəlxalq ictimaiyyət 13 yaşlı uşağın ermənilər tərəfindən terrora məruz qalmasına ciddi şəkildə münasibət bildirməlidir”

YAP sədrinin müavini: “Minsk qrupunun həmsədrləri, beynəlxalq ictimaiyyət 13 yaşlı uşağın ermənilər tərəfindən terrora məruz qalmasına ciddi şəkildə münasibət bildirməlidir”
# 18 iyul 2011 10:55 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov 13 yaşlı Aygün Şahmalıyevanın erməni təxribatı nəticəsində həlak olması ilə bağlı münasibət açıqlayarkən deyib: “Ermənilər bundan əvvəl 11 yaşlı Farizi snayper gülləsi ilə qətlə yetirmişdilər. Əvvəlki illərdə də ermənilərin Azərbaycanda uşaqları çox iyrənc formada qətlə yetirməsi faktları qeydə alınıb. Bu ondan xəbər verir ki, ermənilər hətta uşaqlara qarşı da ən iyrənc formada terror törətməkdən belə, çəkinmirlər. Güman edirəm ki, azərbaycanlı uşağa qarşı törədilmiş sonuncu terror faktı ermənilərin beynəlxalq icma tərəfindən ən kəskin şəkildə mühakimə olunması üçün çox ciddi əsaslar yaradır. Burada söhbət təkcə erməni tərəfinin danışıqlarda qeyri-konstruktiv davranaraq işğal etdikləri torpaqları azad etməkdən boyun qaçırmasından getmir. Bu həm də ermənilərin danışıqlar prosesini pozmaq üçün ən iyrənc üsullara belə, əl atmağa hazır olduqlarını ortaya qoyur”.

Ə. Əhmədov bildirib ki, istər münaqişənin nizama salınması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri, istərsə də beynəlxalq ictimaiyyət 13 yaşlı uşağın ermənilər tərəfindən terrora məruz qalmasına ən ciddi şəkildə münasibət bildirməlidir: “Bu hərəkət diqqətlə araşdırılmalı, uşaq qatilinə çevrilmiş konkret insanlar cinayət məsuliyyətinə cəlb olunmalıdır ki, bir daha belə çirkin hərəkətləri həyata keçirə bilməsinlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR