Bank Of Baku

Arif Hacılı da daxil olmaqla İctimai Palatanın 2 aprel aksiyasında həbs edilmiş sonuncu dörd nəfərin cinayət işinin istintaqı başa çatıb

Arif Hacılı da daxil olmaqla İctimai Palatanın 2 aprel aksiyasında həbs edilmiş sonuncu dörd nəfərin cinayət işinin istintaqı başa çatıb
# 18 iyul 2011 12:13 (UTC +04:00)
Bakı şəhər prokurorunun köməkçisi Ramiz Rzayev APA-ya bildirib ki, hazırda cinayət işi materialları ilə tanışlıq mərhələsi başlayıb.

İş üzrə təqsirləndirilənlər Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və Fuad Qəhrəmanlının vəkilləri cinayət işinin materialları ilə tanış olduqdan sonra iş baxılması üçün məhkəməyə göndəriləcək.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı şəhər Prokurorluğunun vəsatəti əsasında Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidlinin həbs müddəti uzadılıb.

Xatırladaq ki, aprelin 2-də baş vermiş hadisələrlə bağlı fakta görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Təqsirləndirilənlərdən 10 nəfərinin cinayət işi yekunlaşaraq məhkəməyə göndərilib. Onlardan 6-nın məhkəməsi gedir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR