Bank Of Baku

Apellyasiya məhkəməsi gəncəli dindarın həbs müddətini azaldıb

Apellyasiya məhkəməsi gəncəli dindarın həbs müddətini azaldıb
# 18 iyul 2011 14:25 (UTC +04:00)
Bu barədə APA-ya vəkil Elçin Namazov məlumat verib. O, hakim Ceyhun Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin ittiham olunan maddəsinin dəyişdirildiyini bildirib. Belə ki, Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) ittiham olunan A. Cəbiyev 221.2.2 maddəsi ilə (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) günahkar bilinib. A. Cəbiyevin həbs müddəti 4 ildən 2 il 6 ay müddətinə endirilib.

Vəkil Gəncə Apellyasiya Məhkəməsinin də qərarından razı qalmadıqlarını, qərarı aldıqdan sonra Ali Məhkəməyə müraciət edəcəklərini bildirib.

Qeyd edək ki, bu il yanvarın 16-da Gürcüstan Respublikasına keçərkən saxlanılmış Azər Cəbiyev və Fəxri İlyasova qarşı Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Məhkəmənin hökmü ilə A. Cəbiyev 4 il, F. İlyasov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR