Bank Of Baku

DSK-ların tərkibi yenidən formalaşdırılır

DSK-ların tərkibi yenidən formalaşdırılır
# 18 iyul 2011 14:42 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası iyulun 19-da keçiriləcək. MSK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda dairə seçki komissiyalarının tərkibinin yenidən formalaşdırılması məsələsinə baxılacaq.

İclasda Milli Məclisdəki çoxluğu, azlığı və heç bir partiyaya mənsub olmayan müstəqil deputatları MSK-da təmsil edən üzvlər dairə seçki komissiyalarının üzvlüyünə namizədləri təqdim edəcəklər.

Xatırladaq ki, hər DSK-nın 9 üzvü olur, onlardan 3-nün namizədliyi deputatları Milli Məclisdə (MM) çoxluq təşkil edən siyasi partiyanı (indiki halda YAP) MSK-da təmsil edən komissiya üzvləri tərəfindən, 3-nün namizədliyi deputatları MM-də azlıq təşkil edən siyasi partiyaları MSK-da təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan MM deputatlarını MSK-da təmsil edən komissiya üzvləri tərəfindən təqdim olunur.

DSK-ların yenidən formalaşdırılması ilə bağlı qərar və qərara əlavə olunan dairə seçki komissiyaları üzvlərinin siyahısı rəsmi mətbuatda dərc olunacaq. DSK-ların yeni tərkibi barədə məlumat MSK-nın internet səhifəsi vasitəsilə də ictimailəşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR