Bank Of Baku

Cabbar Savalanın məhkəməsində polislər ifadə veriblər

Cabbar Savalanın məhkəməsində polislər ifadə veriblər
# 19 iyul 2011 15:02 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bu gün Sumqayıt Apellyasiya Məhkəməsində AXCP Gənclər Təşkilatının həbsdə olan üzvü Cabbar Savalanın apellyasiya şikayətinə dair növbəti məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, prosesdə C. Savalanı aksiya zamanı saxlayan polis əməkdaşları ifadə veriblər. Məhkəmədə növbəti prosesə hal şahidlərinin dəvət olunması qərara alınıb. Proses iyulun 21-də davam etdiriləcək.

Qeyd edək ki, Sumqayıt Dövlət Universitetinin tarix fakültəsinin II kurs tələbəsi, AXCP Gənclər Komitəsinin üzvü olan C. Savalan bu il fevralın 5-də Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. Fevralın 7-də onun barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR