Bank Of Baku

İctimai Palatanın razılaşdırılmamış 2 aprel aksiyası ilə bağlı ittiham olunan 6 nəfərin məhkəmə baxışı başlayıb

İctimai Palatanın razılaşdırılmamış 2 aprel aksiyası ilə bağlı ittiham olunan 6 nəfərin məhkəmə baxışı başlayıb
# 19 iyul 2011 15:28 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. İctimai Palatanın (İP) bu il aprelin 2-də Bakıda keçirdiyi razılaşdırılmamış aksiya ilə bağlı ittiham olunan 6 nəfərin - Sahib Kərimov, Babək Həsənov, Zülfüqar Eyvazov, Elşən Həsənov, Arif Alışlı və Elnur İsrafilovun məhkəmə baxışı başlayıb. APA-nın məlumatına görə, Səbail Rayon Məhkəməsində hakim Elnur Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən ikisi – Elnur İsrafilov və Arif Alışlı ifadə veriblər. E. İsrafilov ifadəsində istintaq zamanı təzyiqə məruz qaldığını, özünü təqsirli bilmədiyini deyib. Arif Alışlı da özünü təqsirli bilmədiyini bildirib.

Proses iyulun 22-də digər təqsirləndirilən şəxslərin ifadələri ilə davam etdiriləcək.

Qeyd edək ki, İP-nın aprelin 2-də keçirdiyi razılaşdırılmamış aksiyada baş verənlərlə bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə cinayət işi başlanıb, 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Təqsirləndirilənlərdən 10 nəfərinin cinayət işi yekunlaşaraq məhkəməyə göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR