Bank Of Baku

Azərbaycan prezidenti xalq yazıçısı Mirzə İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti xalq yazıçısı Mirzə İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb
# 19 iyul 2011 16:01 (UTC +04:00)
APA-nın “AzərTAC”a istinadən verdiyi məlumata görə, sərəncamda bu ilin oktyabr ayında Azərbaycanın xalq yazıçısı, dramaturq, ədəbiyyatşünas və publisist, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Mirzə Əjdər oğlu İbrahimovun 100 illiyi tamam olduğu qeyd olunub. Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyi ilə birlikdə xalq yazıçısı Mirzə İbrahimovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR