Bank Of Baku

“Erməni təcavüzü və insanlığın sosial-iqtisadi fəlakətləri” mövzusunda dəyirmi masa keçirilib

“Erməni təcavüzü və insanlığın sosial-iqtisadi fəlakətləri” mövzusunda dəyirmi masa keçirilib
# 20 iyul 2011 09:51 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Sosial Rifah Partiyası “Erməni təcavüzü və insanlığın sosial-iqtisadi fəlakətləri” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, partiyanın sədri, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı deyib ki, təmsil etdiyi qurum bu məsələ ilə bağlı mütəmadi tədbirlər keçirib və müəyyən araşdırmalar aparıb. O bildirib ki, Ermənistanın işğalçılıq siyasəti təkcə Azərbaycana deyil, bütün region ölkələri və əhalisi üçün sosial-iqtisadi fəlakət yaradıb.

X. Kazımlı xatırladıb ki, Dağlıq Qarabağ və ətraf rayonların işğalı, o cümlədən 20 il ərzində bölgədə gərginliyin saxlanılması yerli infrastrukturun dağılması, inkişafın qarşısının alınması ilə müşayiət olunub: “Nəticədə minlərlə insan sosial-iqtisadi hüquqlarından məhrum qalıb”.

Tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, jurnalist Yadigar Məmmədli, Milli QHT Forumunun prezidenti Rauf Zeyni və digərləri də çıxış edərək mövzu ilə bağlı fikir və təkliflərini söyləyiblər.

Tədbirdə işğal olunan ərazilərə dəyən maddi və mənəvi ziyanın müəyyən edilməsi üçün tədbirlər planının hazırlanması, beynəlxalq təşkilatlara müraciət qəbul edilməsi də qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR