Bank Of Baku

DAK-da qalmaqal böyüyür

DAK-da qalmaqal böyüyür
# 20 iyul 2011 12:04 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) mətbuat xidməti növbədənkənar qurultayın çağırılması üçün təşkilat komitəsinin yaradıldığı və həmsədrlərin səlahiyyətlərinin dondurulduğu barədə xəbərlərlə bağlı açıqlama yayıb. DAK-ın mətbuat xidmətindən APA-ya daxil olan açıqlamada bu məlumatların yalan olduğu bildirilib:

“DAK həmsədrləri Sabir Rüstəmxanlı və Firudin Pərvizniya qeydə alınmadığı üçün DAK-ın Azərbaycan nümayəndəliyinin fəaliyyətinin dayandırılması və DAK İdarə Heyətinin üzvü Səftər Rəhimlinin nümayəndəlik rəhbəri məsuliyyətindən azad edilməsi barədə sərəncam verib. Bu sərəncamı Səftər Rəhimli nədənsə birmənalı qarşılamayıb və DAK İdarə Heyətinin adından yalan məlumat yaymaqla növbədənkənar qurultayın çağırılması üçün təşkilat komitəsinin yarandığını və DAK həmsədrlərinin səlahiyyətlərinin dondurulduğunu elan edib. Məlumatda qeyd olunub ki, DAK İH-nin iclasında M. Fətiyev, O. Hüseynov, B. Həqqi, F. Quluzadə, H. Vüsubi, B. Tağıyev və S. Rəhimli iştirak edib. Əslində DAK Nizamnaməsinin 5.2 bəndində göstərilir ki, İdarə Heyəti 17 nəfərdən ibarətdir. Hazırda İH-in 17 üzvündən 15-i aktiv fəaliyyətdədir. DAK Nizamnaməsinin 5.4 bəndinə əsasən, “üzvlərinin ən azı 2/3-si iştirak etdikdə İdarə Heyətinin yığıncağı səlahiyyətlidir”. Göründüyü kimi, İH iclasının səlahiyyətli olması üçün ən azı 11 üzvün iştirakı zəruridir. Nizamnamənin 5.5-ci bəndində göstərilir ki, mühüm qərarlar – “DAK həmsədrlərinin seçilməsi və onların vəzifədən azad edilməsi, növbədənkənar qurultayın çağırılması” üçün qərarlar İH-in səlahiyyətli yığıncağının 2/3-sinin səs çoxluğu ilə qəbul olunmalıdır. Bu maddələr bir daha sübut edir ki, Səftər Rəhimlinin İH-nin 7 üzvünün adından yaydığı müraciət tamamilə Nizamnamə pozuntusudur”.

Açıqlamada bildirilir ki, adından məlumat yayılmış 7 üzvün yalnız 5-nin səsvermə hüququ var: “DAK mətbuat xidməti olaraq İH-nin iclasda adı keçən üzvləri ilə əlaqə saxlamağa çalışdıq. Məlum oldu ki, iclas ümumiyyətlə keçirilməyib”.

DAK mətbuat xidməti onu da əlavə edib ki, bu məsələləri qurumun Nəzarət Təftiş Komissiyası araşdırır və Nizamnamə pozuntusu barədə faktlar İH-nin növbəti toplantısına təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR