Bank Of Baku

Azərbaycan MSK-nın sədri Latviyaya səfər edəcək

Azərbaycan MSK-nın sədri Latviyaya səfər edəcək
# 20 iyul 2011 13:15 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov iyulun 21-dən 25-dək Latviya Mərkəzi Seçki Komissiyasının sədri Arnis Simdarsın dəvəti ilə həmin ölkədə səfərdə olacaq. Bu barədə APA-ya MSK-nın mətbuat xidmətindən məlumat verilib.

Səfərdə məqsəd iyulun 23-də Latviyada keçiriləcək referendumda müşahidəçilik etməkdir. Bundan əlavə, Azərbaycan MSK-nın sədri Latviya MSK-nın sədri və digər rəsmi şəxslərlə görüşlər də keçirəcək. Görüşlərdə iki ölkənin seçki qurumları arasında münasibətlər və qarşılıqlı maraq doğuran başqa məsələlər barədə müzakirələr aparılacaq.

Səfərdə MSK sədrini MSK Katibliyinin müdiri Rövzət Qasımov müşayiət edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR