Bank Of Baku

Məhkəmə Bəxtiyar Hacıyevin şikayətini rədd edib

Məhkəmə Bəxtiyar Hacıyevin şikayətini rədd edib
# 20 iyul 2011 15:17 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bu gün Səbail Rayon Məhkəməsində həbsdə olan sabiq deputatlığa namizəd Bəxtiyar Hacıyevin şikayətinə baxılıb. B. Hacıyevin qardaşı Vüqar Hacıyevin APA-ya verdiyi məlumata görə, prosesdə B. Hacıyevin vəkilləri iştirak etməyiblər: “Proses qapalı keçirildi. Məhkəmə Bəxtiyarın şikayətini rədd edib”.
Xatırladaq ki, Bəxtiyar Hacıyev bu ilin martında polis idarəsi və saxlanma təcridxanasında zorakılığa məruz qalması ilə bağlı Respublika Prokurorluğuna müraciət edib. Prokurorluq nümayəndələri isə Bəxtiyar Hacıyevin döyüldüyünü təsdiqləməyib. Buna görə də o, Respublika Prokurorluğunu məhkəməyə verib.
Qeyd edək ki, Bəxtiyar Hacıyev bu il martın 4-də Gəncə şəhərində həbs edilib. Mayın 18-də Gəncə şəhər Nizami rayon Məhkəməsi hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma maddəsi ilə irəli sürülmüş ittiham üzrə B. Hacıyev haqqında 2 illik həbs qərarı çıxarıb. Gəncə Apellyasiya Məhkəməsi Bəxtiyar Hacıyevin cinayət işi üzrə birinci instansiya məhkəməsinin hökmündən verilən apellyasiya şikayətini təmin etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR