Bank Of Baku

Prezident Ilham Əliyev Milli Olimpiya Komitəsinin vitse-prezidentini təbrik edib

Prezident Ilham Əliyev  Milli Olimpiya Komitəsinin vitse-prezidentini təbrik edib
# 20 iyul 2011 20:30 (UTC +04:00)
APA-nın məlumatına görə, təbrik məktubunda deyilir: “Sizi - respublikamızda Olimpiya hərəkatının nümayəndəsini 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, cansağlığı və yeni-yeni uğurlar arzulayıram.
Müstəqil Azərbaycanın Milli Olimpiya Komitəsi fəaliyyətə başladığı vaxtdan etibarən Siz ölkəmizdə idmanın və Olimpiya hərəkatının inkişaf etdirilməsi işinə töhfələr vermisiniz. Ötən illər ərzində idmançılarımızın Yay Olimpiya Oyunlarında yüksək nailiyyətlər qazanmasında Sizin də xidmətiniz var.
Hazırda dünyada idman ölkələrindən biri kimi tanınan Azərbaycanın mötəbər beynəlxalq idman təşkilatları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsində məqsədyönlü fəaliyyətiniz təqdirə layiqdir. Bu istiqamətdə apardığınız səmərəli işlər Beynəlxalq Olimpiya Komitəsi və onun ayrı-ayrı qurumları tərəfindən lazımınca qiymətləndirilib.
Ümidvaram ki, Siz respublikamızda Olimpiya Hərəkatının genişləndirilməsi və inkişaf etdirilməsi naminə bundan sonra da öz bilik və bacarığınızı əsirgəməyəcəksiniz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR