Bank Of Baku

Ağdamın işğalının 18-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanı ziyarət olunub

Ağdamın işğalının 18-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanı ziyarət olunub
# 23 iyul 2011 09:00 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycanın Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasının 18-ci ildönümü ilə əlaqədar rayon İcra Hakimiyyətinin, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin və rayon ictimaiyyətinin nümayəndələri, həmçinin Qarabağ Azadlıq Təşkilatının üzvləri Şəhidlər Xiyabanını ziyarət ediblər.

APA-nın məlumatına görə, ziyarət zamanı şəhid döyüşçülərin ruhuna dualar oxunub. Ağdam rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov “Əbədi məşəl” kompleksinə əklil qoyulub. N. Sadıqov jurnalistlərə açıqlamasında deyib ki, prezident İlham Əliyevin başçılığı ilə aparılan danışıqlar nəticəsində ədalətin bərpasına nail olunacağına ümid edir.

Qeyd edək ki, 1993-cü il iyulun 23-də erməni hərbi birləşmələri Ağdam rayonunun 1094 kvadrat kilometrlik ərazisinin 882 kvadrat kilometrini zəbt edib, 128 min nəfər doğma ev-eşiyindən didərgin düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR