Bank Of Baku

Rayon İcra Hakimiyyətinin başçısı: “Hər bir ağdamlı Ermənistanla bağlı beynəlxalq məhkəmə instansiyalarına müraciət edə bilər”

Rayon İcra Hakimiyyətinin başçısı: “Hər bir ağdamlı Ermənistanla bağlı beynəlxalq məhkəmə instansiyalarına müraciət edə bilər”
# 23 iyul 2011 09:20 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov verib. O deyib ki, buna ağdamlıların hər birinin haqqı çatır: “İnanıram ki, belə bir addım atılarsa, ağdamlıların bu iddiası öz müsbət həllini tapa bilər. Ona görə ki, Ağdam əhalisi təkcə fiziki deyil, həm də çox ciddi mənəvi sarsıntılara məruz qalıb”.

N. Sadıqov Ağdamın müharibə zamanı ən çox şəhid verən rayon olduğunu da xatırladıb: “Müharibə zamanı rayon əhalisi 6 minə qədər şəhid verib və minə yaxın insan əlil olub. Bir sözlə, uzun illərdir ağdamlılar mənəvi sarsıntılara məruz qalıb. Bu baxımdan da ağdamlılar bu hüquqlarından mütləq istifadə edəcəklər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR