Bank Of Baku

Hakimlər və hüquqşünaslar üçün Yay Məktəbi təşkil olunub

Hakimlər və hüquqşünaslar üçün Yay Məktəbi təşkil olunub
# 25 iyul 2011 08:05 (UTC +04:00)
APA-nın məlumatına görə, konfederasiyanın rəhbəri, Milli Məclisin deputatı Əli Hüseynov deyib ki, yay məktəbinin təşkilinə Konstitusiya Məhkəməsi, Məhkəmə-Hüquq Şurası, Almaniya Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondu və ATƏT-in Bakı ofisi dəstək verib. Tədbirdə 20 hakim, Konstitusiya Məhkəməsinin 5 yüksək vəzifəli əməkdaşı və 2 vəkil iştirak edir. Yay Məktəbinin mövzusu “İnsan Hüquq və Azadlıqları haqqında Avropa Konvensiyasının 5 və 6-cı maddələri” ilə bağlıdır.

Prezident Administrasiyası Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib ki, ölkədə insan hüquqları ilə bağlı qanunvericilik bazası yaradılıb: “Bu tip tədbirlər regionlardakı məhkəmə hakimləri üçün səmərəli hesab olunmalıdır. Belə tədbirlər Avropa Konvensiyasının tətbiqinin səmərəliliyi baxımdan uğurlu olacaq”.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev mövzu ilə bağlı məruzə edib. O bəyan edib ki, Azərbaycanda sivil dəyərlər və yanaşmalar həm cəmiyyətdə, həm də dövlətdə hiss olunur və məhkəmə sistemi də bunu öz işində nəzərə almalıdır. F. Abdullayev Azərbaycanın məhkəmə sistemində aparılan islahatlara da diqqəti yönəldib: “Narazılıqların və qanunsuzluqların aradan qaldırılmasının bu gün məhkəmələrdə axtarılması dövlət sisteminin uğurudur”.

ATƏT-in Bakı ofisinin rəhbəri vəzifəsini icra edən Melisa L. Stoun təmsil etdiyi qurumun Avropa məkanında ədalətli məhkəmə sisteminin yaradılmasında maraqlı olduğunu vurğulayıb.

Azərbaycan Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəisi Azər Cəfərov, Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlıq Fondunun nümayəndəsi Mayke Ruhlig də açılış mərasimində çıxış ediblər.

Tədbirdə Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov, Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri, Avropa Şurasının İşgəncələrə qarşı komitəsinin sədri Lətif Hüseynov, Azərbaycan baş prokurorunun müavini Namiq Əsgərov, Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev, Ali Məhkəmənin hakimi Vəfaddin İbayev, almaniyalı vəkillər ekspert qismində iştirak edirlər.

Yay Məktəbi iyulun 29-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR