Bank Of Baku

Müsavat Divanında qurultaya hazırlıq müzakirə olunub

Müsavat Divanında qurultaya hazırlıq müzakirə olunub
# 25 iyul 2011 14:51 (UTC +04:00)
Bakı - APA. Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyadan APA-ya verilən məlumata görə, qurultaya hazırlıq haqqında məlumat dinlənilib, müvafiq icra strukturlarına konkret tapşırıqlar verilib.

Daha sonra 2 aprel məhbusları ilə bağlı müzakirələr aparılıb.

AXCP üzvü Sahib Həsənlinin 2 il müddətinə azadlıqdan məhrum edilməsi, Bəxtiyar Hacıyevin 14 saylı cəzaçəkmə müəssisəsinə göndərilməsi, Vidadi İsgəndərlinin Göyçayda keçirilən məhkəməsində şahidlərə təzyiqlər edilməsi qınanıb.

İyulun 22-də Norveçdə baş vermiş terror hadisəsi ilə bağlı fikir mübadiləsi aparılıb. Çoxlu insan itkisinə səbəb olmuş aksiya kəskin pislənilib və Norveç xalqına başsağlığı verilib.

Yığıncağın sonunda Vurğun Əyyubun Türkiyədə vəziyyət və Türkiyə-Azərbaycan münasibətləri haqqında məlumatı dinlənilib və bu kontekstdə Azərbaycanın Türkiyə vətəndaşlarına qarşı viza rejimini ləğv etməməsi bir daha pislənilib.

Sonda cari məsələlərə baxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR