Bank Of Baku

ADP İdarə Heyətinin toplantısı keçirilib

ADP İdarə Heyətinin toplantısı keçirilib
# 26 iyul 2011 13:52 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda Norveçdə baş vermiş terror hadisəsinə münasibət bildirilib, dünyanı təhdid edən yeni qlobal maliyyə böhranı və bu böhranın Azərbaycan üçün yarada biləcəyi təhlükələr müzakirə edilib. İclasda Türkiyə-Ermənistan sərhədlərinin açılması bu iki dövlət arasında əməkdaşlığın bərpa olunması və Sürixdə imzalanan protokolun Türkiyə parlamentində ratifikasiya olunması istiqamətində ABŞ-ın Türkiyə dövlətinə qarşı təzyiqlərinə də toxunulub. İdarə Heyəti qeyd edib ki, Türkiyə Ermənistanla sərhədləri Ermənistan-Rusiya hərbi əməkdaşlığa son qoyulması şərti ilə aça bilər. Çünki Ermənistan-Rusiya hərbi əməkdaşlığı Türkiyə və Azərbaycana qarşı yönələn bir əməkdaşlıqdır.

İclasda Çində son zamanlar uyğurlara qarşı zorakılıqlar da pislənilib və Çin hökuməti fundamental insan hüquq və azadlıqlarına hörmət etməyə çağırılıb. Toplantı iştirakçıları həmçinin Belçikada hicaba qadağa qoyulmasını da qəti olaraq pisləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR