Bank Of Baku

Cabbar Savalanın apellyasiya məhkəməsi başa çatıb

Cabbar Savalanın apellyasiya məhkəməsi başa çatıb
# 26 iyul 2011 14:20 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə – APA. Bu gün Sumqayıt Apellyasiya Məhkəməsində AXCP Gənclər Təşkilatının həbsdə olan üzvü Cabbar Savalanın apellyasiya şikayətinə dair məhkəmə prosesi başa çatıb. Vəkil Anar Qasımovun APA-ya verdiyi xəbərə görə, prosesdə apellyasiya şikayətinin təmin olunmaması haqqında qərar çıxarılıb. Hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Sumqayıt Dövlət Universitetinin tarix fakültəsinin II kurs tələbəsi, AXCP Gənclər Komitəsinin üzvü olan C. Savalan bu il fevralın 5-də Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. O, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR