Bank Of Baku

İctimai Palatanın aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə bağlı saxlanılan 6 nəfərin məhkəməsi davam etdirilib

İctimai Palatanın aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə bağlı saxlanılan 6 nəfərin məhkəməsi davam etdirilib
# 27 iyul 2011 10:50 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Səbail Rayon Məhkəməsində İctimai Palatanın (İP) aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə bağlı saxlanılan Sahib Kərimov, Babək Həsənov, Zülfüqar Eyvazov, Elşən Həsənov, Arif Alışlı və Elnur İsrafilovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Vəkil Yalçın İmanovun APA-ya verdiyi xəbərə görə, prosesdə təqsirləndirilən şəxslərdən Babək Həsənov və Elşən Həsənov sərbəst ifadə verib, sonra ittiham və müdafiə tərəfinin suallarını cavablandırıblar. Prosesdə həmçinin, zərərçəkmiş şəxs Sərxan Məhərrəmovun hüquqi nümayəndəsi ifadə verib. Lakin o, suallara ətraflı cavab vermə bilmədiyi üçün müdafiə tərəfi S. Məhərrəmovun prosesə çağırılaraq ifadə verməsi barədə vəsatət qaldırıb. Hakim vəsatəti təmin edib. Proses iyulun 29-da davam etdiriləcək.

Xatırladaq ki, aprelin 2-də baş vermiş hadisələrlə bağlı fakta görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR