Bank Of Baku

Məhkəmə Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslının apellyasiya şikayətini təmin etməyib

Məhkəmə Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslının apellyasiya şikayətini təmin etməyib
# 27 iyul 2011 13:18 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apelyasiya Məhkəməsində İctimai Palatanın (İP) aprelin 2-də keçirdiyi aksiya zamanı saxlanılan Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslının apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. Vəkil Anar Qasımovun APA-ya verdiyi xəbərə görə, məhkəmədə apellyasiya şikayətinin təmin olunmaması haqqında qərar çıxarılıb, birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, Səbail Rayon Məhkəməsi iyulun 15-də Tural Abbaslının barəsində növbəti dəfə 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Apellyasiya şikayəti də bu qərardan verilib.

Tural Abbaslı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR