Bank Of Baku

İctimai Palatanın növbəti sessiyasının gündəliyi müəyyənləşib

İctimai Palatanın növbəti sessiyasının gündəliyi müəyyənləşib
# 27 iyul 2011 15:24 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün İctimai Palatanın (İP) Koordinasiya Şurasının növbəti iclası keçirilib. İP Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal APA-ya deyib ki, iclasda İP-in iyulun 30-da keçiriləcək növbəti sessiyasının gündəliyi müəyyənləşib. Sessiyanın gündəliyinə yeni üzvlərin qəbulu, ictimai-siyasi vəziyyət, İP-in vəzifələri, aksiyalar zamanı həbs olunan qurum üzvləri ilə bağlı bəyanatın verilməsi, təhsildəki problemlər və cari məsələlərin müzakirəsi salınıb. Şura üzvləri bu yaxınlarda 100-ə yaxın jurnalistə ünvanlanan məktubda ölümlə təhdid məqamlarını müzakirə edib və bu pislənilib. Hüquq-mühafizə orqanlarından məsələnin ciddi şəkildə araşdırılması, cinayətkarların cəzalandırılması tələb olunub.

Yığıncaqda Naxçıvanın Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində sosial tələblərlə bağlı bu gün keçirilən aksiya da müzakirə edilib. AXCP Naxçıvan təşkilatı üzvlərinin saxlanaraq, Babək Rayon Polis Şöbəsinə aparılması pislənilib, onların azadlığa buraxılmasını tələb olunub.

Toplantıda İctimai Palatanın aksiyalara yenidən start verilməsi ilə bağlı məsələ də müzakirə mövzusu olub. İclasda qərara alınıb ki, müzakirələr iyulun 30-da İP-in sessiyasında aparılsın.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR