Bank Of Baku

QAT Qadınlar Şurası imzatoplama kampaniyasını başa çatdırıb

QAT Qadınlar Şurası imzatoplama kampaniyasını başa çatdırıb
# 28 iyul 2011 13:38 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) Qadınlar Şurasının təşəbbüsü ilə BMT baş katibinə və ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin prezidentlərinə ünvanlanan müraciət üçün imzatoplama kampaniyası başa çatıb.

APA-nın məlumatına görə, müraciəti 1089 qadın-respondent imzalayıb. Müraciət və imzalar bu gün BMT, ABŞ, Rusiya və Fransanın Azərbaycandakı nümayəndəliyi və səfirliklərinə təqdim olunub, həmçinin sənədin bir nüsxəsi Azərbaycan prezidenti İlham Əliyevə göndərilib.

Qeyd edək ki, müraciətdə Dağlıq Qarabağ məsələsinin həlli yolu, beynəlxalq təşkilatların fəaliyyəti xarakterizə olunaraq pislənilib. Həmçinin, müraciətdə Ermənistana qarşı sanksiyanın tətbiqi, Ermənistanın rəhbərliyində təmsil olunan hərbi canilərin cəzalandırılması, o cümlədən Azərbaycanın torpaqlarını azad etmək üçün müharibəyə başlaması tələb olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR