Bank Of Baku

Azərbaycan prezidenti Vergilər Nazirliyinin strukturunu təsdiq edib

Azərbaycan prezidenti Vergilər Nazirliyinin strukturunu təsdiq edib
# 28 iyul 2011 19:40 (UTC +04:00)
APA-nın verdiyi xəbərə görə, sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli sərəncamının 14.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. “Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturu” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin”.

Təsdiq olunan Vergilər Nazirliyinin strukturu:

1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin aparatı.
2. Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında departamentlər.
3. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamenti.
4. Azərbaycan Respublikası Vergilər Nazirliyinin digər yerli qurumları.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR