Bank Of Baku

Arif Hacılı da daxil olmaqla, İctimai Palatanın 2 aprel aksiyasında həbs edilmiş sonuncu dörd nəfərin cinayət işi məhkəməyə göndərilib

Arif Hacılı da daxil olmaqla, İctimai Palatanın 2 aprel aksiyasında həbs edilmiş sonuncu dörd nəfərin cinayət işi məhkəməyə göndərilib
# 29 iyul 2011 10:23 (UTC +04:00)
Bakı Şəhər Prokurorluğundan APA-ya bildirib ki, iş üzrə təqsirləndirilənlər - Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və Fuad Qəhrəmanlı ilə bağlı cinayət işinin materialları baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilib.

Xatırladaq ki, aprelin 2-də baş vermiş hadisələrlə bağlı fakta görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Təqsirləndirilənlərdən 10 nəfərinin cinayət işi yekunlaşaraq məhkəməyə göndərilib. Hazırda onların məhkəməsi gedir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR