Bank Of Baku

İctimai Palatanın sessiyası keçirilib

İctimai Palatanın sessiyası keçirilib
# 30 iyul 2011 10:26 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Bu gün Müsavat Partiyasının qərargahında İctimai Palatanın (İP) sessiyası keçirilib. APA-nın xəbərinə görə, sessiyada İP-ə yeni üzvlərin qəbulu məsələsində də baxılıb. Yeni qəbul edilən üzvlər arasında Müsavat Partiyasının Divan üzvü Vurğun Əyyub da var.

Tədbirdə çıxış edən İP Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal deyib ki, yaxın aylarda qurumda Qarabağ problemi ilə bağlı müzakirələr olacaq. İP-in ötən dövrdəki fəaliyyəti barədə danışan şura üzvü qurumun bank hesabı ilə bağlı məsələnin də öz həllini tapdığını deyib.

Daha sonra çıxış edən AXCP sədri Əli Kərimli ali məktəblərdə ödənişli ixtisaslarda təhsil haqlarının artırılması, İP-in 2 aprel aksiyasında həbs olunanlarla bağlı danışıb.

İP sessiyasında 2 aprel aksiyası ilə bağlı həbs olunanların məhkəməsi və ali məktəblərin ödənişli ixtisaslarında təhsil haqlarının artırılmasına dair etiraz bəyanatları qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR