Bank Of Baku

Prezident İlham Əliyev Masallı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev Masallı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb
# 30 iyul 2011 12:20 (UTC +04:00)
APA-nın “AzərTAC”a istinadən verdiyi məlumata görə, sərəncamda qeyd olunub ki, 69 min nəfər əhalinin yaşadığı 34 yaşayış məntəqəsini birləşdirən Ərkivan-Boradigah-Rüdəkənar avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,5 milyon (üç milyon beş yüz min) manatı Masallı Rayon İcra Hakimiyyətinə ayrılmalıdır.
Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR