Bank Of Baku

Müsavat başqanının müavini: “İndiki halda Müsavatla AXCP-nin birləşməsi məsələsinin gündəmə gətirilməsi fayda verməz”

Müsavat başqanının müavini: “İndiki halda Müsavatla AXCP-nin birləşməsi məsələsinin gündəmə gətirilməsi fayda verməz”
# 01 avqust 2011 09:07 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “İndiki halda Müsavat Partiyası ilə AXCP-nin birləşməsi məsələsinin gündəmə gətirilməsi məncə fayda verməz”. Bu açıqlamanı APA-ya Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı verib.

O deyib ki, qurultay öncəsi partiyanın rayon təşkilatlarının konfranslarında AXCP və Müsavat Partiyasının birləşməsi barədə təkliflərin irəli sürüldüyü və müzakirələrin aparıldığı haqda məlumatsızdır: “Ancaq məlum məsələdir ki, bu haqda Müsavat Partiyası Məclisinin qərarı var. Partiya Məclisinin qərarı təşkilatın bütün üzvlərinin eyni zamanda rayon şöbələri üçün də əsas götürülür. Ona görə də rayon təşkilatları fəaliyyətlərini həmin qərara uyğun olaraq qururlar. Bununla yanaşı, artıq bu istiqamətdə hər iki təşkilatın razılığı ilə İctimai Palata yaradılıb və bu qurumda birgə fəaliyyət göstərilir”.

G. Aslanlı deyib ki, qurultayda bu məsələnin kiminsə tərəfindən müzakirəyə çıxarılmayacağını heç kim sığortalaya bilməz.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR