Bank Of Baku

Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib

Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib
# 01 avqust 2011 14:49 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yığıncaqda Müqəddəs Ramazan ayının gəlişi ilə əlaqədar ölkə və dünya müsəlmanlarına təbrik ünvanlanıb. Gündəliyin partiyadaxili məsələ bölümündə Sumqayıt Şəhər Təşkilatının qərargahı ilə bağlı müzakirə aparılıb. Qərargahın əsassız və qanunsuz olaraq təşkilatın əlindən alındığı qeyd olunub. Divan bu məsələnin hüquqi müstəvidə həll edilməsi haqda qərar qəbul edib və məhkəməyə müraciətin hazırlanması üçün müvafiq tapşırıq verib. İclasda İctimai Palatanın aprelin 2-də keçirdiyi etiraz aksiyasında və o ərəfədə həbs edilən müxalifətçilərə qarşı başlanan məhkəmə prosesi haqqında fikir mübadiləsi aparılıb. Divan müxalifət fəallarına qarşı qaldırılmış bu cinayət işinin tamamilə absurd, qondarma və qanunsuz olduğunu vurğulayıb. Binəqədi rayon məhkəməsinin partiyanın Divan üzvü Osman Kazımın vəkillik fəaliyyətindən kənarlaşdırılması haqda Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının qərarını ləğv etməsi müsbət dəyərləndirilib. Məhkəmə qərarından sonra Vəkillər Kollegiyasının Osman Kazıma töhmət elan edərək, iş yerinin dəyişdirilməsi haqda qərar verməsi qınanılıb. Divan Vəkillər Kollegiyasını Osman Kazım haqqında növbəti qanunsuz qərarını ləğv etməyə çağırıb. Gündəliyin ictimai-siyasi bölümündə əsas müzakirə olunan məsələ Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya son səfəri kontekstində Türkiyə-Azərbaycan münasibətləri olub.

Divanın toplantısından sonra partiyanın VIII Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib. Toplantıda rayon təşkilatlarında konfransların keçirilməsinin vəziyyəti müzakirə edilib, işlərin qrafikə uyğun getməsi üçün konkret qərarlar qəbul edilib. Partiyanın Nizamnaməsinə əlavə və dəyişikliklər haqqında daxil olmuş təkliflər müzakirə edilib və layihə halına gətirilib. Qərara alınıb ki, qalan müddət ərzində daxil olan təkliflər də müzakirə edilməli və layihədə əks olunmalıdır. Sonda cari məsələlərə baxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR