Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov ASAİF fəalları ilə görüş keçirib - FOTOSESSİYA
03 avqust 2011 11:52 (UTC +04:00)
Bakı-APA. Strateji Araşdırmalar Mərkəzində Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı Şöbəsinin müdiri Elnur Aslanov ASAIF fəallari, idarə heyəti və məclis üzvləri ilə görüş keçirib. APA-nın məlumatına görə, görüşdə ASAIF təşkilatını 10-dan çox ölkədən 30 gənc təmsil edib. Görüşün əsas məqsədi ASAIF-in ənənəvi olaraq hər ilin avqust ayında keçirilən xaricdə təhsil alan və məzun olmuş gənclərin Yay Forumunun keçirilməsi, o cümlədən tələbələrimizin onlarla ölkədə keçirdiyi tədbirlərə dövlət dəstəyinin artırılması, gənclərimizin lobbiçilik fəaliyyətinin daha effektiv hala gətirilməsi olub. Elnur Aslanov görüş iştirakçıları ilə diskussiya zamanı Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycanda insan kapitalının inkişafına verdiyi dəstək, Dövlət Gənclər Proqramının təsdiqi və ondan irəli gələn məsələlər barədə geniş söz açıb. Elnur Aslanov son bir il ərzində ASAIF təşkilatının və üzvlərinin keçirdiyi tədbirləri, forumları sadalayaraq öz təkliflərini bildirib.
Prezident Administrasiyasının rəsmisinin çıxışından sonra ayrı-ayrı ölkələri təmsil edən tələbələr oxuduqları universitetlərdə Azərbaycanla, onun təbliği ilə bağlı keçirdikləri tədbirlərdən, həmçinin bu zaman üzləşdikləri problemlərdən danışıblar, ölkəmizin daha yaxından tanınması üçün keçiriləcək tədbirlər planlarından bəhs ediblər, müxtəlif təkliflər irəli sürüblər. Daha sonra ASAIF təşkilatının avqustun sonlarında keçiriləcək yay forumunun müzakirəsi həyata keçirilib, eyni zamanda Elnur Aslanov gəncləri düşündürən bütün suallara cavab verib. Görüşdə millət vəkili Ceyhun Osmanlı da iştirak edib. Bu il avqustun 26-da Xaricdə təhsil alan və Məzun olmuş gənclərin növbəti Yay Forumunun keçirilməsi planlaşdırılıb.

Daxili siyasət
İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib - YENİLƏNİB
17:15
4 may 2024
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:04
4 may 2024
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
15:30
3 may 2024
Məzahir Pənahov: Artıq parlament seçkilərinə hazırlığa başlamalıyıq
16:30
2 may 2024