Bank Of Baku

Müasir Müsavat Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib

Müasir Müsavat Partiyası İdarə Heyətinin növbəti toplantısı  keçirilib
# 04 avqust 2011 12:47 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün Müasir Müsavat Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda təşkilatlanma, rayon və özək təşkilatlarında son durum müzakirə edilib.

Yığıncaqda partiyanın Nizamnaməsinə ediləcək əlavə və dəyişikliklər də müzakirə mövzusu olub. İclasda bildirilib ki, rayon təşkilatlarının fəaliyyəti yoxlanılıb və fəaliyyəti qənaətbəxş hesab edilməyən şöbələrlə bağlı ciddi tədbir görülməsinə qərar verilib. Bəzi rayon təşkilatlarının sədrlərinə etimadsızlıq göstərilməsi də iclasda müzakirə predmeti olub və partiyada kadr dəyişikliyinə ehtiyac olduğu vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR