Bank Of Baku

Mirmahmud Mirəlioğlu: “Müxalifətdə olan altı partiya sədrinin görüşünün yubanması yığıncağın formatı ilə bağlıdır”

Mirmahmud Mirəlioğlu: “Müxalifətdə olan altı partiya sədrinin görüşünün yubanması yığıncağın formatı ilə bağlıdır”
# 05 avqust 2011 09:00 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Müxalifətdə olan 6 partiya sədrinin növbəti görüşün yubanmasının səbəbi yığıncağın formatı ilə bağlıdır”.

Bu açıqlamanı APA-ya Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu verib. O deyib ki, görüş baş tutacaq və bu istiqamətdə Vətəndaş Hərəkatı Forumunun təşəbbüsləri davam edir: “ “6-lar”ın görüşü baş tutmalıdır. Hətta görüşün keçiriləcəyi vaxt bir neçə dəfə müəyyənləşib. Lakin yay fəsli və digər obyektiv səbəblərdən görüş təxirə salınıb. Amma ümid edirəm ki, görüş keçiriləcək”.

M. Mirəlioğlu bildirib ki, müxalifətdə təmsil olunan 8 partiya sədrinin görüşünün İctimai Palata çərçivəsində baş tutması da variantlardan biridir: “Təbii ki, bu təklifin müəllifi İctimai Palatadır. Amma bununla əlaqədar rəsmi qərar yoxdur. Yəni “6-lar”ın növbəti görüşü keçiriləndən sonra növbəti görüşün formatı müəyyənləşə bilər”.

Qeyd edək ki, iyulun 9-da Vətəndaş Hərəkatı Forumunun təşəbbüsü ilə AMİP, VİP, KXCP, ADP, ALP və Ümid Partiyasının rəhbərlərinin iştirakı ilə “Zirvə görüşü” keçirilib. AXCP və Müsavat Partiyası isə görüşdə iştirakdan imtina edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR